—

Parlament sarayında Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib

312
Parlament sarayında Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib
Dinləmək üçün basın

Parlament sarayında Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib.

Parlament sarayında Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, Parlamentdə seçkilər kollegiyası tərəfindən prezident vəzifəsinə seçilən Mixail Kavelaşvili İncil və Konstitusiyaya and içib.

Kavelaşvili inauqurasiya mərasiminə ailə üzvləri ilə birlikdə gəlib.

Tədbirdə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili iştirak edib.

Gürcüstanın 6-cı prezidentinin andiçmə mərasimində iştirak etmək  üçün Parlament üzvlərinin, yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin, Acarıstan və Abxaziyanın Ali Şurasının, Gürcüstan hökumətinin, konstitusiya orqanlarının, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin daxil olduğu prezident seçkiləri kollegiyasının üzvləri dəvət olunub.

Diplomatik korpus tədbirə dəvət olunmayıb.

Tədbir Mixail Kavelaşvilinin çıxışı ilə başa çatıb. Bundan əvvəl Gürcüstanın dövlət himni səsləndirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →