—

Bu gün Gürcüstanın müxtəlif şəhərlərində “Birlik zənciri” keçirilir

406
Bu gün Gürcüstanın müxtəlif şəhərlərində “Birlik zənciri” keçirilir
Dinləmək üçün basın

Tbilisidə və Gürcüstanın müxtəlif şəhərlərində “Birlik Zənciri” bağlanıb.

Tbilisidə və Gürcüstanın müxtəlif şəhərlərində “Birlik Zənciri” bağlanıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan vətəndaşları ölkə boyu “birlik zənciri” bağlayıb və bununla da Avropanın ölkə seçiminə dəstək ifadə ediblər.

“Birlik zənciri”ndə olan vətəndaşlar Gürcüstan və Avropa İttifaqının bayraqlarını daşıyırlar.

Etirazların başlamasından 1 ay sonra, dekabrın 28-də Gürcüstanın şəhərlərində “Birlik zənciri” keçirilir.

Tiflisdə canlı zəncir Vaxuşti körpüsündə, Tamar Mepe Körpüsündə, Qalaktion körpüsündə, Zaarbriuken körpüsündə, Barataşvili körpüsü, Sülh körpüsü və Metexi körpüsündə bağlanacaq. Eyni zamanda canlı zəncir Gürcüstanın müxtəlif şəhərlərindədə bağlanacaq.

Məlumat üçün bildirək ki, vətəndaşların etirazı noyabrın 28-də baş nazir İrakli Kobaxidzenin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsinin gündəmə gətirilməməsi barədə qərar qəbul etdiyi bəyanatından sonra keçirilib. Etirazçıların əsas tələbləri  yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı həbs olunan şəxslərin azad edilməsidir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →