“Acarada koronavirusla əlaqəli qaydalara nəzarət gücləndiriləcək”.
İnterPress.ge xəbər verir ki, bu haqda Səhiyyə Naziri danışıb.
Nazirin sözlərinə görə, sərtləşdirilmiş tədbirlər maska taxmaq və məsafə saxlamaq üçün də tətbiq olunacaq.
“Bu gün Gürcüstanda yoluxma sayı qənaətbəxşdir, lakin Acarada 14-dən çox yoluxma sayı var ki, bu da diqqət çəkir. Buna görə də epidemiya nöqtəsi olan Acarada aparılan tədbirləri gücləndirməyə qərar verdik. Həm nəqliyyatda, həm də daxili şəraitdə maska taxmaq və məsafə saxlamağa dair daha sərt tədbirlər olacaqdır. Bundan başqa termoskrininq də keçiriləcək " – dedi Tikaradze.
