—

Gürcüstan XİN: Bu çətin vaxtda strateji tərəfdaşımız Azərbaycanla həmrəyik

263
Gürcüstan XİN: Bu çətin vaxtda strateji tərəfdaşımız Azərbaycanla həmrəyik
Dinləmək üçün basın

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın AZAL hava yolları şirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

InterPress.ge xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Onlarla insanın həyatına son qoyan sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin kədərlə qarşılayırıq. Biz Azərbaycan hökumətinə və xalqına başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralananların tezliklə sağalmasını arzulayırıq", - məlumatda qeyd edilib.

Xatırladaq ki, Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL hava yollarına məxsus şirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →