—

Paytaxtda etiraz aksiyası davam edir

393
Paytaxtda etiraz aksiyası davam edir
Dinləmək üçün basın

Etirazçılar Rustaveli prospektində magistral yolu bağlayıblar.

Etirazçılar Rustaveli prospektində magistral yolu bağlayıblar.

InterPress.ge xəbər verir ki, hazırda paytaxtın əsas prospektində nəqliyyatın hərəkəti dayandırılıb.

Mitinq iştirakçıları müxtəlif məzmunlu etiraz plakatları, mitinq zamanı həbs olunan və döyülən şəxslərin fotolarını gətiriblər və əsas tələbləri yeni seçkilərin təyin edilməsi və həbs olunanların azadlığa buraxılmasıdır.

Etiraz aksiyası artıq 27-ci gündür ki, davam edir. Gün ərzində Tbilisinin müxtəlif yerlərində etiraz yürüşləri keçirilir, axşam saat 20:00-dan etibarən isə toplaşma yeri Parlamentə bitişik ərazidir.

Məlumat üçün bildirək ki, vətəndaşların etirazı baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də Gürcüstanın Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanmasını 2028-ci ilə qədər təxirə salmasından sonra baş tutub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →