—

Baş nazir Prezidentə xəbərdarlıq edib

833
Baş nazir Prezidentə xəbərdarlıq edib
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişviliyə yeni parlament seçkilərinin təyin olunması ideyası ilə bağlı xəbərdarlıq edib. O, bildirib ki, əks halda Zurabişvili cinayət məsuliyyətinə cəlb…

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişviliyə yeni parlament seçkilərinin təyin olunması ideyası ilə bağlı xəbərdarlıq edib. O, bildirib ki, əks halda Zurabişvili cinayət məsuliyyətinə cəlb olunacaq.

InterPress.ge xəbər verir ki, Kobaxidze bu barədə brifinqdə bildirib.

Baş nazir bildirib ki, şənbə günü Zurabişvili parlament seçkiləri təyin etmək niyyəti ilə müxalifət və QHT nümayəndələri ilə görüşüb.

Kobaxidzenin sözlərinə görə, Gürcüstanda mövcud qanunvericiliyə əsasən, parlament seçkiləri üç halda təyin edilir: təkrar seçkilər, Mərkəzi Seçki Komissiyası və ya Konstitusiya Məhkəməsi əvvəlki seçkilərin nəticələrini ləğv etdikdə, dörd illik səlahiyyət müddəti başa çatanda və ya parlament hökumətə etimad göstərmədikdə.

Baş nazir vurğulayıb ki, əgər Prezident buna baxmayaraq başqa səbəbə görə yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq.

"Onun (Zurabişvili - red.) harada, dəmir barmaqlıqlar arxasında və ya azadlıqda yaşamağa davam edəcəyini görəcəyik”, - Kobaxidze fikirlərini yekunlaşdırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →