—

Türkiyənin ilk uçan avtomobilinin sınağı uğurla başa çatdı - VİDEO

797
Türkiyənin ilk uçan avtomobilinin sınağı uğurla başa çatdı - VİDEO
Dinləmək üçün basın

Türkiyədə “Baykan Turkey” şirkəti tərəfindən istehsal edilmiş ilk uçan avtomobil “Cezeri”nin birinci uçuş sınağı uğurla yekunlaşıb.

Türkiyədə “Baykan Turkey” şirkəti tərəfindən istehsal edilmiş ilk uçan avtomobil “Cezeri”nin birinci uçuş sınağı uğurla yekunlaşıb.

Bu barədə InterPress.ge "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, uçan avtomobilin sınağı şirkətin texniki direktoru Selçuk Bayrakdarın rəhbərliyi ilə keçirilib. “Cezeri” tamamilə sərbəst uçur və uçuşun intellektual sisteminə malikdir. Yeni avtomobil bir gecə ərzində iki müxtəlif uçuşu müvəffəqiyyətlə yerinə yetirib.

Dünən "Baykar" Milli Tədqiqat və İstehsalat Mərkəzində həyata keçirilən ikinci sınaq uçuşunda "Cezeri" təhlükəsizlik zəncirləri olmadan 10 metrədək yuxarı qalxıb. Bu, avtomobiln hazırlanmağa başladığı il yarımlıq müddətdə ilk uçuşu olub.

Türkiyə mühəndisləri tərəfindən hazırlanan avtomobilin çəkisi 230 kiloqramdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →