—

Gürcüstanın XİN rəhbəri Aİ səfiri ilə görüşdə siyasi spekulyasiyalardan narahat olduğunu bildirib

236
Gürcüstanın XİN rəhbəri Aİ səfiri ilə görüşdə siyasi spekulyasiyalardan narahat olduğunu bildirib
Dinləmək üçün basın

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının (Aİ) bu ölkədəki səfiri Pavel Qerçinski ilə görüşündə davam edən siyasi spekulyasiyalardan narahatlığını bildirib.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının (Aİ) bu ölkədəki səfiri Pavel Qerçinski ilə görüşündə davam edən siyasi spekulyasiyalardan narahatlığını bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Diplomatlar ikitərəfli münasibətlərin əsas aspektlərini müzakirə ediblər. “Aİ ilə əlaqələrin inkişafında qarşılıqlı hörmətin zəruriliyi vurğulanıb. Gürcüstanın təşkilat qarşısında öhdəliklərini yerinə yetirməyə sadiq qaldığı və ölkənin ittifaqa üzvlüklə bağlı işləməyə hazır olduğu təsdiqlənib”, - məlumatda deyilir.

Boçorişvili parlament seçkiləri ilə bağlı davam edən siyasi spekulyasiyalardan narahatlığını bildirib, Avropa Parlamentinin qətnaməsi ilə verilən mesajların ölkədə 2020-ci ildəki vəziyyəti xatırladan süni böhranın yaranmasına töhfə verdiyini qeyd edib.

Aİ səfiri öz növbəsində Gürcüstanda baş verənlərlə bağlı narahatlığını ifadə edib.

Müzakirə zamanı həmçinin son dövrlərdə münasibətlərdə yaranmış problemlərin həllinin və gedən proseslərin obyektiv qiymətləndirilməsinin vacibliyi, tərəflər arasında kritik məsələlər üzrə dialoqun zəruriliyi vurğulanıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →