—

InterPress, 24News, Aktual media nümayəndələrinə qarşı olan hücumu pisləyir - BƏYANAT

772
InterPress, 24News, Aktual media nümayəndələrinə qarşı olan hücumu pisləyir - BƏYANAT
Dinləmək üçün basın

"Biz, Kvemo Kartli bölgəsinin aparıcı media qurumları InterPress.ge, Aktual.ge və 24News.ge “TV Pirveli”nin jurnalisti və operatoruna, həmçinin Formula Tv və digər media nümayəndələrinə qarşı edilən hücumu kəskin…

"Biz, Kvemo Kartli bölgəsinin aparıcı media qurumları InterPress.ge, Aktual.ge və 24News.ge “TV Pirveli”nin jurnalisti və operatoruna, həmçinin Formula Tv və digər media nümayəndələrinə qarşı edilən hücumu kəskin şəkildə pisləyirik."

InterPress.ge media qurumlarının birgə bəyanatını təqdim edir:

"Medianın nümayəndələrinə qarşı zorakılıq və onların peşə fəaliyyətinə müdaxilə həm söz, həm də mətbuat azadlığına ciddi təhdid təşkil edir. Bu, bizim üçün tamamilə qəbuledilməzdir. Belə hallar cəmiyyətin informasiyaya çıxış hüququnu məhdudlaşdırmaqla yanaşı, demokratik dəyərləri də təhlükə altına alır.

Biz aidiyyəti qurumları bu cinayət hadisəsini dərhal, hərtərəfli və obyektiv şəkildə araşdırmağa və günahkarları qanun çərçivəsində məsuliyyətə cəlb etməyə çağırırıq.

Unutmamalıyıq ki, jurnalistlər cəmiyyətin aynasıdır. Onlar ölkədə baş verən prosesləri işıqlandıraraq vətəndaşlara obyektiv məlumat çatdırırlar. Buna görə də jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi və onların sərbəst şəkildə peşəkar fəaliyyət göstərə bilməsi üçün bütün zəruri şərait yaradılmalıdır.

Yaşasın Avropalı Gürcüstan!"- bəyanatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →