—

Marneulidə tanınmış ustad aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub

335
Marneulidə tanınmış ustad aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub
Dinləmək üçün basın

Marneulidə tanınmış ustad aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub.

Marneulidə tanınmış ustad aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub.

InterPress.ge xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən mərkəz və icma rəhbərləri iştirak ediblər.

“Tea House”nin rəhbəri Emin Əhmədov B.Adıgözəlovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra aşıq haqqında sənədli film nümayiş etdirilib.

Sonra professor Mahmud Kamaloğlu B.Adıgözəlovun həyat və fəaliyyətindən danışıb. Bildirib ki, 1959-cu ildə Bolnisi rayonunun Dəllər (Muşevan) kəndində anadan olan B.Adıgözəlov uşaq vaxtından aşıq sənətinə böyük maraq göstərib. İlk dərsini də dövrünün ustad aşıqlarından olan Aşıq Əlidən alıb. O təkcə saz deyil, həm də zurna-balabanda da gözəl ifa edir.

Gürcüstandakı səfirimiz Faiq Quliyev ölkədə yaşayan aşıqların Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs edib. Diplomat Azərbaycan dövlətinin mədəniyyət xadimlərinə göstərdiyi qayğıdan da söz açıb, Aşıq Kamandarın ev-muzeyinin yaradıldığını vurğulayıb.

Qeyd olunub ki, aşıq və sazbəndlik sənətini inkişaf etdirdiyinə görə B.Adıgözəlovun xidmətləri diqqətdən kənarda qalmayıb. B.Adıgözəlov Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən "Diaspora fəaliyyətində xidmətlərinə görə" medalı ilə təltif edilib.

Marneuli şəhərinin meri Kənan Ömərov bildirib ki, məhz B.Adıgözəlov kimi ustadların xeyirxah əməlləri nəticəsində bu gün Azərbaycan mədəniyyəti, incəsənəti inkişaf edir.

Siyasi xadim Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, şair Səadət Buta, tarixçi alim Ramiz Bəkirov və başqaları çıxış edərək aşıq və sazbənd B.Adıgözəlovun yaradıcılığından, sənət yolundan söz açıb, yazdığı şeirlərdən söyləyiblər.

Ustad aşıqlar və Marneuli Aşıqlar Məktəbinin şagirdləri tədbirdə B.Adıgözəlovun şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →