—

"QANUN" Hüquqi Yardım Mərkəzində vətəndaşlara təmənnasız hüquqi yardımların göstərilməsi davam edir

515
"QANUN" Hüquqi Yardım Mərkəzində vətəndaşlara təmənnasız hüquqi yardımların göstərilməsi davam edir
Dinləmək üçün basın

"Azərbaycan Evi" və "QANUN" Hüquqi Yardım Mərkəzi arasında bağlanmış Memoranduma əsasən, vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardımların göstərilməsinə dair Noyabr ayının 23-ü və 27-də "Azərbaycan Evi"ndə adı…

"Azərbaycan Evi" və "QANUN" Hüquqi Yardım Mərkəzi arasında bağlanmış Memoranduma əsasən, vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardımların göstərilməsinə dair Noyabr ayının 23-ü və 27-də "Azərbaycan Evi"ndə adı çəkilən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov tərəfindən, əvvəlcədən qeydiyyatdan keçmiş Marneuli və ətraf kəndlərin  hüquqi problemləri olan sakinlərinin qəbulu keçirilib.

InterPress.ge xəbər verir ki, yeddinci qəbul günündə 12 nəfər Gürcüstan vətəndaşları qəbul edilərək problemləri dinlənilib.

"Vətəndaşların problemlərinin ( məhkəmə proseslərinin tezləşdirilməsi, aliment, vərəsəlik, mülkiyyət, özələşdirmə məsələləri, ailə zorakılığı,və.s) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına, Gürcüstan Prezidentinə, baş prokurorluğa və məhkəmə-hüquq orqanlarının elektron ünvanına göndərilib. 

Qəbul günləri davam edəcək və soydaşlarımız bu xidmətdən faydalana bilərlər. 

Qəbula yazılmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +995 599 10 96 90" 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →