—

Azərbaycanda yenidən karantin sərtləşdirilə bilər

578
Azərbaycanda yenidən karantin sərtləşdirilə bilər
Dinləmək üçün basın

Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov karantinin yenidən sərtləşəcəyini istisna etmədiyini deyib.

Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov karantinin yenidən sərtləşəcəyini istisna etmədiyini deyib.

O, “Real” TV-yə müsahibəsində Operativ Qərargahın vaxtaşırı yumşalmalar həyata keçirməsinin sərbəstlikləri və təmasları artırdığını, bunun isə yoluxma sayına təsir etdiyini bildirib:

“Karantin rejimi tam yumşaldılırsa, insanlara sərbəstlik verilirsə, onlar arxayınlaşmamalıdır. Bəzən bizə psixoloji olaraq təsir göstərir ki, metrolar artıq açılır, şəhərlərarası, rayonlararası gediş-gəliş qadağası aradan götürülür, yəni daha xəstəlik azalıb və ya yoxdur. İnsanlar sanki bir qədər arxayınlaşmağa başlayır.

Özümüz də düşünməliyik: əgər bu gün qaydalara əməl etmiriksə, sabah yenə də evdə otura bilərik. Karantin sərtləşdirilə bilər. Sabah yenə də metro işləməyə bilər.

Qaydalara əməl etməsək, yoluxma sayı artsa, yenə də qadağanedici tədbirlər ola bilər. Bu, qaçılmazdır”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →