—

"İctimai müzakirə üçün təklifimiz hələ də qüvvədə qalır" - Kobaxidze

369
"İctimai müzakirə üçün təklifimiz hələ də qüvvədə qalır" - Kobaxidze
Dinləmək üçün basın

"İctimai müzakirə üçün təklifimiz hələ də qüvvədə qalır".

"İctimai müzakirə üçün təklifimiz hələ də qüvvədə qalır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi mətbuat konfransında bildirib.

Hökumət başçısının qeyd etdiyinə görə, o, istənilən qrupa, ilk növbədə, “səmimi etiraz hissi olan insanlara” ictimai müzakirə təklif edir.

"Təklifimiz hələ də qüvvədədir. Etiraz hissi olan istənilən qrupa təklif edirik. Onların arasında biz qeyri-səmimi insanlarla da bu müzakirəyə razılaşdıq. Təbii ki, ilk növbədə, bu təklif bizim qərarımıza səmimi etiraz edən səmimi insanlar üçün etibarlı olaraq qalır. Biz bu insanlarla istənilən formatda müzakirə aparmağa hazırıq. Bir daha deyirəm, istənilən məkan müzakirə yeri ola bilər, əsas odur ki, bu müzakirə ümumiləşdirməyə və həqiqəti müəyyən etməyə imkan versin”, - deyə baş nazir bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →