Polis qüvvələri Gürcüstan parlamenti yaxınlığında aksiya iştirakçılarını saxlamağa başlayıb.
InterPress.ge xəbər verir ki, artıb bir neçə vətəndaş yerindəcə saxlanılıb.
Etirazçıların saxlanması davam edir.
Eyni zamanda xüsusi təyinatlı dəstə parlamentin ətrafını təmizləməyə başlayıb. Xüsusilə də nümayişçiləri dağıtmaq üçün qaz kapsullarından istifadə edirlər.
Eyni zamanda polis xəbərdarlıq edib və bununla da hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını dağılışmağa çağırırlar.
Qeyd edək ki, xüsusi təyinatlılar bir müddət əvvəl Azadlıq meydanından Rustaveli prospekti istiqamətində hərəkətə keçib.
