—

DİN: Tbilisidə noyabrın 29-30-da keçirilən etiraz aksiyası zamanı 107 nəfər saxlanılıb

232
DİN: Tbilisidə noyabrın 29-30-da keçirilən etiraz aksiyası zamanı 107 nəfər saxlanılıb
Dinləmək üçün basın

Noyabrın 29-30-da keçirilən etiraz aksiyası zamanı polisin qanuni tələbinə tabe olmayan və xırda xuliqanlıq edən 107 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. InterPress.ge xəbər verir ki, bu barədə…

Noyabrın 29-30-da keçirilən etiraz aksiyası zamanı polisin qanuni tələbinə tabe olmayan və xırda xuliqanlıq edən 107 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.,

Bundan əlavə, nazirlik Daxili İşlər Nazirliyinin 10 əməkdaşının da yaralandığını qeyd edir.

“Daxili İşlər Nazirliyinin nümayəndələrinin çoxsaylı çağırışlarına baxmayaraq, Rustaveli prospektində, Parlament binasının yaxınlığında keçirilən aksiyada dəfələrlə toplantı və nümayiş qanunu ilə müəyyən edilmiş normalar aşılıb. Aksiya iştirakçıları bütün gecə boyu polislərlə həm sözlü, həm də fiziki üz-üzə gəliblər. Rustaveli prospektində insanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar, daşlar, pirotexniki vasitələr, şüşə butulkalar və dəmir əşyalar atıblar. Etirazçıların zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 10 əməkdaşı yaralanıb. İndiyədək bir polis bədəninin müxtəlif nahiyələrində yanıq xəsarətləri ilə tibb müəssisəsində qalır. Cəmiyyət müxtəlif telekanallarda mitinq iştirakçılarının zorakılıq, qanunsuz hərəkətlərini açıq şəkildə gördü. Çoxsaylı müraciətlərə baxmayaraq, toplaşanlar Tbilisi bələdiyyəsinin və fərdi şəxslərin infrastrukturuna, parlamentin qoruyucu bəndinə ziyan vurub, müxtəlif əşyaları və məftilləri yandırıb, barrikadalar qurub, parlamentin giriş qapısını və qanunverici orqanın ətrafındakı videomüşahidə kameralarını zədələyiblər. Daxili İşlər Nazirliyinin əməkdaşları asayişi bərpa etmək məqsədilə qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə ediblər. İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələrinə əsasən, polis əməkdaşının qanuni tələbinə tabe olmamaqla xırda xuliqanlıq edən 107 nəfər hüquq-mühafizə orqanları tərəfindən həbs edilib”, - deyə qurumun məlumatında bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →