—

Tbilisidə vəziyyət yenidən gərginləşdi

406
Tbilisidə vəziyyət yenidən gərginləşdi
Dinləmək üçün basın

Hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin arxa hissəsində aksiya iştirakçılarını dağıtmağa başlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin arxa hissəsində aksiya iştirakçılarını dağıtmağa başlayıblar.

InterPress.ge xəbər verir ki, onlar vətəndaşlara qarşı su şırnaqlarından istifadə edirlər və bundan əvvəl də vətəndaşlara dağılışmaq üçün dəfələrlə xəbərdarlıq ediblər.

Çağırışlara baxmayaraq, vətəndaşlar dağılmayıb.

Hadisə yerinə kriminal polis, patrul polisi və xüsusi təyinatlı dəstə səfərbər olunub.

9 Aprel küçəsində yerləşən xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı vaxtaşırı su reaktivlərindən istifadə edirlər. Parlamentin həyətində yerləşən su maşınlarından birbaşa su buraxılır.

Eyni zamanda hadisə yerinə gözyaşardıcı qaz atılır.

Mitinq iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarının olduğu istiqamətə müxtəlif əşyalar atırlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını saxlayırlar. Mitinq iştirakçıları “ruslar, ruslar” şüarları səsləndirirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →