Təcili tibbi yardım briqadaları aksiyadan 33 nəfəri müxtəlif tibb müəssisələrinə aparıb, onlardan 13 nəfəri aksiya iştirakçısı, 4 nəfəri KİV, 16 nəfəri isə Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır.
InterPress.ge xəbər verir ko, Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alanların həyatı təhlükəsi yoxdur, səhhətləri stabildir və bəziləri artıq tibb müəssisəsini tərk ediblər.
"Bir neçə yaralı həkimlərin tövsiyəsinə uyğun olaraq klinikada qalır", - Səhiyyə Nazirliyi qeyd edir.
Məlumat üçün bildirək ki, qeyd olunan statistik göstəricilərə özbaşına tibb müəssisəsinə müraciət edən şəxslər daxil edilməyib.
