—

Qiorqi Qaxaria hansı mülkə sahibdir?

573
Qiorqi Qaxaria hansı mülkə sahibdir?
Dinləmək üçün basın

Keçmiş baş nazir və bu gün "Gürcüstan üçün Qaxariya" müxalifət partiyasının lideri və 2024-cü il parlament seçkilərində siyahıda bir nömrə olan Qiorqi Qaxaria oktyabrın 8-də əmlak bəyannaməsini doldurub.

Keçmiş baş nazir və bu gün "Gürcüstan üçün Qaxariya" müxalifət partiyasının lideri və 2024-cü il parlament seçkilərində siyahıda bir nömrə olan Qiorqi Qaxaria oktyabrın 8-də əmlak bəyannaməsini doldurub.

InterPress.ge xəbər verir ki, tamamlanmış əmlak bəyannaməsində Qiorqi Qaxaria yazıb ki, onun Çxorotsku rayonunda iki torpaq sahəsi var, onlardan biri yaşayış sahəsidir.

Sabiq baş nazir 2020-ci ildə Çxorotskunun Muxuri kəndində 1734 kvadratmetr və 2290 kvadratmetr torpaq sahələri alıb, birinə 1 lari, digərinə 85 min lari ödəyib.

Həyat yoldaşı Marika Pançulaia Parisdə mənzil sahibidir. 2022-ci ildə doldurulmuş bəyannamədə yazıldığına görə, 83 kvadratmetrlik mənzil 2020-ci ildə 472.400 avroya alınıb.

Həyat yoldaşının iki Toyota markalı avtomobili var: RAV və C-HR, 2019. Qaxaria Bank of Georgia hesabında 47 636 lari saxlayır. Sabiq baş nazir 42 min lari, 10 min dollar və 10 min avro nağd pul saxlayır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →