—

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir

650
Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir
Dinləmək üçün basın

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci…

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günü başlayıb.

InterPress.ge xəbər verir ki, tədbir çərçivəsində "İqlim həssaslığını həll edilməsi: İqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi" adlı sessiyası baş tutur.

Bu sessiyada iqlim dəyişikliyinin real həyatdakı təsirləri haqqında əldə edilən məlumatlara əsaslanaraq, bu sessiya parlamentarilərə kiçik ada dövlətləri , dağlıq və dənizə çıxışı olmayan ölkələr kimi müxtəlif ölkələrin özünəməxsus həssaslıqlarının necə həll edilməsi barədə daha dərindən araşdırma aparmaq imkanı verəcək.

Bu kontekstlərdə dayanıqlı inkişaf üçün vacib olan təbiət və biomüxtəliflik kimi mühitlərin bəzi mühüm xüsusiyyətlərini və onların iqlim dəyişikliyinin həlli üçün necə qorunub istifadə edilə biləcəyi müzakirə ediləcək.

Sessiya həmçinin iqlim dəyişikliyi ilə bağlı nəsillərarası dialoqu təşviq edəcək.

Qeyd edək ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatıldığı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →