—

Muxalifət və “güc strukturları” arasında qarşıdurma baş verib

503
Muxalifət və “güc strukturları” arasında qarşıdurma baş verib
Dinləmək üçün basın

İşğal olunmuş Abxaziyada Kodori körpüsündə müxalifət tərəfdarları ilə “güc strukturları”nın nümayəndələri arasında qarşıdurma baş verib.

İşğal olunmuş Abxaziyada Kodori körpüsündə müxalifət tərəfdarları ilə “güc strukturları”nın nümayəndələri arasında qarşıdurma baş verib.

InterPress.ge xəbər verir ki, bu barədə RESPUBLICA teleqram kanalı məlumat yayıb.

Hadisəni əks etdirən video görüntülər də yayılıb.

Məlumata görə, işğal altında olan bölgədə fövqəladə vəziyyət hələ də qüvvədədir. Bu, müxalifət tərəfdarlarının Suxumiyə girişlərdə piket keçirməyə başlamasından sonra elan edilib. İctimai həyəcana səbəb müxalifət liderlərinin həbsi olub.

Xatırladırıq ki, müxalifətçilər Abxaziya torpaqlarının Rusiya vətəndaşlarına satılmasına etiraz ediblər.

Məlumata görə, Qudautada keçirilən “ictimai toplantıdan” qayıdan müxalifətçilər Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilib. 

Bjaniya həmçinin "Təhlükəsizlik Şurasının" təcili iclasını çağırıb. 

Noyabrın 12-də gecə saatlarında müxalifət tərəfdarları Qumista və Kodori körpülərini bağlayıblar. Telegram kanallarından birinə görə, Kodori körpüsü hazırda açıqdır. İlkin məlumata görə, qondarma Deputat Beslan Emurxba və Oçamçir rayonunun "qubernatoru" Beslan Biqvava gələrək yaxınlarına söz veriblər ki, saxlanılanların həbsi ilə bağlı heç bir sübut olmadığı üçün onları yaxın vaxtlarda azad edəcəklər. Onlar bu vədin məsuliyyətini öz üzərlərinə götürüb, əvəzində mitinq iştirakçılarından yolun açılmasını xahiş ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →