—

Azərbaycanın Zəfər Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub

293
Azərbaycanın Zəfər Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub
Dinləmək üçün basın

8 Noyabr - Azərbaycanın Zəfər Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub.

8 Noyabr - Azərbaycanın Zəfər Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub.

InterPress.ge xəbər verir ki, bu münasibətlə Tbilisidə bayram tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, SOCAR-ın ölkədəki nümayəndəliyinin üzvləri, tələbə gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. Sonra şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Səfir Faiq Quliyev çıxış edərək Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixindən danışıb, müstəqilliyin ilk illərində qarşılaşdığı problemlər barədə məlumat verib.

Diplomat 44 günlük Vətən müharibəsində Gürcüstandakı soydaşlarımızın rolunu xüsusi qeyd edib. Bildirib ki, 24 nəfər soydaşımız bu müharibədə şəhidlik zirvəsinə yüksəlib.

Sonda Zəfər Günü ilə bağlı "Biz" sənədli filmi nümayiş etdirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →