—

İrakli Kobaxidze: Zelenski ilə salamlaşdıq, söhbətimiz olmadı

283
İrakli Kobaxidze: Zelenski ilə salamlaşdıq, söhbətimiz olmadı
Dinləmək üçün basın

"Zelenski və mən, Ermak və mən bir-birimizi salamladıq - söhbətimiz olmadı".

"Zelenski və mən, Ermak və mən bir-birimizi salamladıq - söhbətimiz olmadı".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Budapeştdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Xüsusilə sual onun Ukrayna prezidenti Volodimir Zelenski ilə əlaqəsinin olub-olmaması ilə bağlı olub.

 “Zelenski və mən, Ermak və mən bir-birimizi salamladıq. Adi qaydada salamlaşdıq. Söhbətimiz olmadı, sadəcə olaraq salamlaşdıq”, - Kobaxidze bildirib.

Bundan əlavə, jurnalistlərin partnyorların onları parlament seçkilərində qələbə münasibətilə niyə təbrik etməmələri ilə bağlı sualına Kobaxidze izah edib ki, parlament seçkilərindən sonra təbrik etmək qəbul edilmiş praktika deyil.

"Moldovada seçkilər ciddi problemlərlə keçirilib, fərqli münasibət var, Gürcüstanda seçkilər daha keyfiyyətli keçirilib, fərqli münasibət var, təbii ki, ədalətsiz bəyanatların heç bir dəyəri yoxdur”, - Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →