—

Zelenski Trampla danışıb

484
Zelenski Trampla danışıb
Dinləmək üçün basın

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin seçilmiş prezidenti Donald Trampa zəng edərək onu təbrik edib.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin seçilmiş prezidenti Donald Trampa zəng edərək onu təbrik edib.

InterPress.ge  xəbər verir ki, bu barədə ukraynalı siyasətçi sosial şəbəkədə yazıb.

“Prezident Donald Tramp ilə əla telefon danışığım olub, onu tarixi qələbəsi münasibətilə təbrik etdim – onun möhtəşəm kampaniyası bu nəticəni mümkün edib. Onun ailəsini və komandasını gözəl işlərinə görə təriflədim”, – Ukrayna lideri qeyd edib.

Tərəflər “sıx dialoqu davam etdirmək və əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər”.

“Güclü və sarsılmaz ABŞ liderliyi dünya və ədalətli sülh üçün həyati önəm daşıyır”, – Zelenski vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olmuşdu.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →