—

Harrisdən ilk açıqlama: Demokratiyanın fundamental prinsipi seçki nəticələrini tanımaqdır

402
Harrisdən ilk açıqlama: Demokratiyanın fundamental prinsipi seçki nəticələrini tanımaqdır
Dinləmək üçün basın

Demokratik Partiyadan ABŞ prezidentliyinə namizəd Kamala Harris seçkidəki məğlubiyyətini etiraf edərək Respublikaçı Partiyasından rəqibi Donald Trampı təbrik etdiyini, hakimiyyətin dinc yolla təhvil veriləcəyinə söz…

Demokratik Partiyadan ABŞ prezidentliyinə namizəd Kamala Harris seçkidəki məğlubiyyətini etiraf edərək Respublikaçı Partiyasından rəqibi Donald Trampı təbrik etdiyini, hakimiyyətin dinc yolla təhvil veriləcəyinə söz verdiyini bildirib.

InterPress.ge xəbə xəbər verir ki, bu barədə siyasətçi seçki nəticələrinin elanından sonra ilk çıxışında söyləyib.

Harris Cozef Baydenə, seçki komandasına və ona səs verənlərə təşəkkür edib. O, seçki nəticələrinin onun gözləntilərinə uyğun olmadığını əlavə edib.

“Biz bu seçkilərin nəticələrini tanımalıyıq. Bu gün əvvəlcə Trampla danışdım və onu qələbə münasibətilə təbrik etdim. Dedim ki, biz ona və onun komandasına hakimiyyətin təhvil verilməsində kömək edəcəyik və biz bu təhvil-təslimi sülh yolu ilə həyata keçirəcəyik”, – ölkənin vitse-prezidenti vurğulayıb.

Onun sözlərinə görə, “demokratiyanın fundamental prinsipi seçki nəticələrini tanımaqdır”: “Bu, demokratiyanı tiraniyadan fərqləndirən şeydir”.

Harris “azadlıq, imkanlar, dürüstlük və ləyaqət uğrunda” mübarizəni davam etdirəcəyini vurğulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →