—

Tramp prezidentlik yarışındakı nəticəsini siyasi qələbə adlandırıb

444
Tramp prezidentlik yarışındakı nəticəsini siyasi qələbə adlandırıb
Dinləmək üçün basın

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 277 seçicinin dəstəyini alaraq 270 seçici səs həddini keçib. Bu da onun seçkilərdə qələbə qazandığını göstərir.

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 277 seçicinin dəstəyini alaraq 270 seçici səs həddini keçib. Bu da onun seçkilərdə qələbə qazandığını göstərir.

InterPress.ge xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Belə ki, Donald Tramp prezidentlik yarışındakı nəticəsini ABŞ tarixində tayı-bərabəri olmayan siyasi qələbə adlandırıb.

Floridada tərəfdarları qarşısında çıxış edən Tramp hakimiyyətdə olacağı dövrün ABŞ tarixində həqiqətən "qızıl dövr" olacağına söz verib.

Nümayəndələr Palatasının sədri Ceyms Conson Trampın ABŞ-nin seçilmiş prezidenti olduğunu açıqlayıb.

O, Florida ştatının Palm-Biç şəhərində tərəfdarlarına müraciət etməyi planlaşdırır.

ABŞ prezidentliyinə keçmiş müstəqil namizəd kiçik Robert Kennedi Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

"Trampı tarixi qələbəsi münasibətilə təbrik edirik",- o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Salvador Prezidenti Trampı təbrik edən ilk ölkə liderlərindən biri olub.

80 milyondan çox amerikalı erkən səs (şəxsən və ya poçtla) verib. Məlumata görə, 41% demokrat, 39% isə respublikaçı kimi qeydiyyatdan keçib.

Kamala Harris səsini poçtla göndərib, Doland Trump isə həyat yoldaşı ilə birlikdə Floridada səs verib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →