—

Kobaxidze Qərb ölkələrinin nüfuzlu adamlarına ismarış göndərib

498
Kobaxidze Qərb ölkələrinin nüfuzlu adamlarına ismarış göndərib
Dinləmək üçün basın

“Gürcüstan hakimiyyətinin öz suverenliyini müdafiə etməsi Qərb ölkələrinin nüfuzlu adamlarının xoşuna gəlmir”.

“Gürcüstan hakimiyyətinin öz suverenliyini müdafiə etməsi Qərb ölkələrinin nüfuzlu adamlarının xoşuna gəlmir”.

InterPress.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze deyib.

“Ölkəmizin suverenliyinə, müstəqilliyinə, milli kimliyinə, dəyərlərinə xüsusi münasibətimiz var. Qərbdə bəzi nüfuzlu qüvvələr var ki, onlar son nəticədə obyektiv ədalətsizlik hissini doğuran konkret qərarlara belə təsir göstərirlər” – deyə o bildirib.

Aİ ilə ABŞ-nin Gürcüstanla münasibətləri parlamentin may ayında “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsindən sonra xeyli pisləşməyə başlayıb. Avropa İttifaqı dəfələrlə Gürcüstan hakimiyyətini bu qanundan imtina etməyə çağırıb, lakin hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının liderləri ardıcıl olaraq israr ediblər ki, qanunun məqsədi Gürcüstanda fəaliyyət göstərən QHT-lərin maliyyə axınının şəffaflığını təmin etməkdir.

 İrakli Kobaxidze dəfələrlə Qərb tərəfdaşlarını bu qanunu müzakirə etməyə çağırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →