—

İran prezidenti İrakli Kobaxidzeni “Gürcü arzusu”nun seçkilərdəki qələbəsi münasibətilə təbrik edib

325
İran prezidenti İrakli Kobaxidzeni “Gürcü arzusu”nun seçkilərdəki qələbəsi münasibətilə təbrik edib
Dinləmək üçün basın

İran prezidenti Məsud Fezeşkiani Gürcüstanın baş naziri İrakli Kobaxidzeni seçkilərin uğurlu keçirilməsi və “Gürcü arzusu” partiyasının qələbəsi münasibətilə təbrik edib.

İran prezidenti Məsud Fezeşkiani Gürcüstanın baş naziri İrakli Kobaxidzeni seçkilərin uğurlu keçirilməsi və “Gürcü arzusu” partiyasının qələbəsi münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki,  bu barədə İranın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, müraciətdə qeyd edildiyi kimi, prezident ümid edir ki, bu seçkilər iki ölkə arasında münasibətlərin möhkəmlənməsi və region ölkələri arasında əməkdaşlığın inkişafı üçün başlanğıc nöqtəsinə çevriləcək.

“Uğurlu parlament seçkiləri və bu seçkilərdə “Gürcü Arzusu” partiyasının qələbəsi münasibətilə Zati-alinizi və gürcü xalqını ürəkdən təbrik etmək istərdim.

İnşallah, gürcü xalqının iradəsinin ifadəsi olan bu seçkilər gürcü xalqının tərəqqisinin və rifahının, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinin, iki ölkə arasında əməkdaşlığın inkişafının başlanğıcı olacaqdır.

Mən Zati-alinizə Allahdan cansağlığı və uğurlar, dost gürcü xalqına uğurları diləyirəm”, - deyə Baş nazirə göndərilən müraciətdə bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →