—

MSK bəzi məntəqələrdə parlament seçkilərinin nəticələrini yenidən yoxlayacaq

301
MSK bəzi məntəqələrdə parlament seçkilərinin nəticələrini yenidən yoxlayacaq
Dinləmək üçün basın

Mərkəzi Seçki Komissiyası (MSK) bəzi məntəqələrdə parlament seçkilərinin nəticələrini yenidən yoxlayacaq.

Mərkəzi Seçki Komissiyası (MSK) bəzi məntəqələrdə parlament seçkilərinin nəticələrini yenidən yoxlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, hər dairə üzrə beş məntəqədə seçki bülletenləri dairə seçki komissiyaları tərəfindən sayılacaq. Məntəqələr təsadüfi olaraq püşkatma yolu ilə müəyyən edilib. Regionlarda səslərin yenidən sayılmasına bu gün saat 12:00-da, Tbilisidə isə saat 17:00-da başlanacaq. Səslərin sayılmasına müvafiq qurumlar da nəzarət edəcək.

Qeyd edək ki, oktyabrın 26-da keçirilən parlament seçkilərində 99,97% seçki məntəqəsində səslərin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” partiyası 53,93% səs toplayıb. Bu nəticələri parlamentə düşən dörd müxalifət qüvvəsi, onları dəstəkləyən QHT-lər və Gürcüstan prezidenti tanımaqdan imtina ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →