—

Avropa İttifaqına üzv olan 13 ölkənin nazirləri Gürcüstanla bağlı bəyanat yayıblar

583
Avropa İttifaqına üzv olan 13 ölkənin nazirləri Gürcüstanla bağlı bəyanat yayıblar
Dinləmək üçün basın

" Bu çətin zamanda biz gürcü xalqının yanındayıq. Nümayişlərin və hökumətin onlara reaksiyasının dinc şəkildə davam etməsi vacibdir".

"Bu çətin zamanda biz gürcü xalqının yanındayıq. Nümayişlərin və hökumətin onlara reaksiyasının dinc şəkildə davam etməsi vacibdir".

InterPress.ge xəbər verir ki, bu barədə Aİ-yə üzv 13 ölkənin nazirlərinin birgə bəyanatında deyilir.

“Biz Gürcüstandakı mövcud vəziyyətdən dərin narahatıq. Beynəlxalq müşahidəçilər seçki kampaniyası və seçki günü zamanı pozuntular barədə məlumat veriblər. Biz azad və ədalətli seçkilərin beynəlxalq standartlarını pozan bütün hərəkətləri pisləyirik. Onların narahatlıqlarını bölüşür və şikayətlərin qərəzsiz araşdırılmasını və aşkar edilmiş pozuntuların aradan qaldırılmasını tələb edirik. Bu çətin zamanda biz gürcü xalqının yanındayıq. Nümayişlərin və hökumətin onlara reaksiyasının dinc şəkildə davam etməsi vacibdir. Seçki bütövlüyünün pozulması Aİ namizədindən gözlədiyimiz standartlara uyğun gəlmir. Bu, gürcü xalqının qanuni Avropa istəklərinə xəyanətdir. Qanunun aliliyinin qorunması və azad, ədalətli seçkilər Gürcüstanın Avropa İttifaqına gedən yolda irəliləməsi üçün zəruri şərtdir. Baş nazir Orbanın Gürcüstana vaxtından əvvəl səfərini tənqid edirik. O, Avropa İttifaqı adından danışmır”, - Aİ-yə üzv olan 13 ölkənin nazirlərinin bəyanatında deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →