—

Rövşən İskəndərov saxlanılıb - Papuaşvilidən açıqlama

720
Rövşən İskəndərov saxlanılıb - Papuaşvilidən açıqlama
Dinləmək üçün basın

Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində bülletenləri seçki qutusuna atan "Gürcü Arzusu"ndan olan deputat saxlanılıb.

Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində bülletenləri seçki qutusuna atan  "Gürcü Arzusu"ndan olan deputat saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyasının siyasi şurasının üzvü Şalva Papuaşvili bildirib.

Papuaşvilinin sözlərinə görə hadisə ilə bağlı istintaq aparılır.

“Cəmi bir neçə hal qeydə alınıb və hər birinə cavab verilib. Bu arada, bir şeyi də demək lazımdır ki, səsvermənin təkrar edilməsinə dair ittihamlarla bağlı dünən ATƏT/ODİR-in rəhbərinə sual verildi və o, bir faktı göstərdi – Marneulidəki hadisə. Həmin şəxs saxlanılıb və iş üzrə istintaq gedir.İkinci fakt var idi, bu da maraqlıdır, həmin məsələ ilə bağlı qeyri-hökumət təşkilatlarından biri şikayət də yazıb və bu, 'Lelo' partiyasının nümayəndəsinə aiddir. Bilmirəm, nə qədər doğrudur, amma 'Lelo'nun nümayəndəsi olub ki, bülletenləri qutuya atmağa çalışıb. Yəni əgər insident olubsa, hamısına cavab verilib. Şikayətlər verilib və onların hamısı araşdırılacaq, amma bu yalanların hamısına cavab veriləcək”, - Papuaşvili bildirib.

Xatırladaq ki, Gürcü Arzusu"ndan olan deputat Rövşən İskəndərovun Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində bir neçə bülleteni seçki qutusuna atdığı anı əks etdirən video sosial şəbəkədə yayılmışdı.

Qeyd edək ki, Rövşən İskəndərovun saxlanılması ilə bağlı DİN açıqlama verməyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →