—

Baş nazir: Ölkədə ən azı 300 min vətəndaş yaxın 4 ildə yoxsulluğun öhdəsindən gəlməlidir

426
Baş nazir:  Ölkədə ən azı 300 min vətəndaş yaxın 4 ildə yoxsulluğun öhdəsindən gəlməlidir
Dinləmək üçün basın

İşsizlik və yoxsulluq səviyyəsi 4 faizdən aşağı olmalıdır.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumət iclasında bildirib.

Baş nazir qeyd edir ki, bu ölkədə ən azı 300 min vətəndaşımız yaxın 4 ildə yoxsulluğun öhdəsindən gəlməlidir.

Onun sözlərinə görə, 4 il ərzində büdcə 40 milyardı ötməlidir.

“Biz konkret tapşırıqlar haqqında danışdıq. Bu, iqtisadiyyatı 130 milyard lariyə çatdırmaqdır. Bu, ciddi səy tələb edir, lakin olduqca realdır. Büdcə 4 il ərzində 40 milyardı keçməlidir. Buna da nail olmaq olar. Biz tam səfərbər olmalıyıq. İşsizlik və yoxsulluq səviyyəsi  4%-dən aşağı düşməlidir.

Yaxın 4 ildə bu ölkədə ən azı 300 min vətəndaşımız yoxsulluğun öhdəsindən gəlməlidir. Bu, iddialı bir vəzifədir, lakin bu məqsədə çatmaq olduqca realdır. Bu, bizim gündəlik işimizi tələb edir. Qarşıdakı 4 ildə ən azı 9 milyard dollar investisiya cəlb etmək istəyirik. Bu, realdır və ötən illər ərzində yaxşı əsaslar yaradılıb”, - deyə baş nazir bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →