—

Aleksey Puşkov: Qərbin Gürcüstanda müxalifətin dəstəyi ilə rejimi dəyişmək planı iflasa uğradı

336
Aleksey Puşkov: Qərbin Gürcüstanda müxalifətin dəstəyi ilə rejimi dəyişmək planı iflasa uğradı
Dinləmək üçün basın

"Qərbin Gürcüstanda müxalifətin dəstəyi ilə rejimi dəyişmək planı iflasa uğradı"

"Qərbin Gürcüstanda müxalifətin dəstəyi ilə rejimi dəyişmək planı iflasa uğradı"

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov bildirib.

“Ola bilsin ki, Gürcüstanda hələ də xaos olacaq, amma görünən odur ki, Qərbin Gürcüstanda müxalifətin dəstəyi ilə rejimi dəyişmək planı sadə dillə desək, iflasa uğrayıb. “Gürcü arzusu” səslərin 54%-dən çoxunu, yəni mütləq çoxluğu toplayaraq qalib gəlib. Qərbin planı Gürcüstanı özünün yarımmüstəmləkəsinə çevirmək, Avropa xalqlarının çox cinsli ailəsinə qoşulacağını vəd etmək idi. Lakin nədənsə bu, gürcü seçicilərinin əksəriyyətini cəlb etmədi”, - Puşkov bildirib.

Onun sözlərinə görə, Gürcüstan prezidenti Salome Zurabişvili həmvətənlərini Avropa dəyərlərinin cazibəsinə inandıra bilməyib.

“İndi isə “Gürcü arzusu”na yenidən qələbə gətirən seçkilərdən sonra sual yaranır ki, Zurabişvilinin özü də prezident kimi gürcü xalqının əhval-ruhiyyəsinə nə dərəcədə uyğundur?!”, - Puşkov qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →