—

VMH partiyasının nümayəndəsi ilə hakim komandanın fəalı arasında qarşıdurma olub

611
VMH partiyasının nümayəndəsi ilə hakim komandanın fəalı arasında qarşıdurma olub
Dinləmək üçün basın

Qldanidəki 60 saylı seçki məntəqəsində şifahi və fiziki qarşıdurma baş verib.

Qldanidəki 60 saylı seçki məntəqəsində şifahi və fiziki qarşıdurma baş verib.

InterPress.ge xəbər verir ki, VMH partiyasının nümayəndəsi ilə hakim komandanın fəalı arasında insident baş verib.

“Vahid Milli Hərəkat”dan olan Tbilisi Şəhər Şurasının üzvü İrakli Edzqveradzenin dediyinə görə, “Gürcü arzusu”nun fəalı Şako Kuçaşvili hadisə yerinə gələrək təxribatlar təşkil etməyə cəhd etdikdən sonra vəziyyət gərginləşib.

“İctimaiyyətə demək istəyirəm ki, bu konkret şəxs DTX-nin agentidir.

Onlar bilirlər ki, Qldanililər və müxalifət həmişə bu yerdə seçkilərdə qalib gəlir. O, insanların yanına gedir və onları təhqir edir”, - Edzveradze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →