—

Baş nazir: Vətəndaşlarımızdan 60%-ə qədər səs gözləyirik

249
Baş nazir: Vətəndaşlarımızdan 60%-ə qədər səs gözləyirik
Dinləmək üçün basın

“Bu, 2012-ci il seçkilərinə bərabər seçkidir və burada ölkənin inkişaf istiqaməti bir daha müəyyən edilməlidir”.

“Bu, 2012-ci il seçkilərinə bərabər seçkidir və burada ölkənin inkişaf istiqaməti bir daha müəyyən edilməlidir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze öz seçimini bəyan etdikdən sonra bildirib.

Onun sözlərinə görə, “Gürcü arzusu” seçicilərə ölkənin parlaq gələcəyini, əmin-amanlığı, ölkənin iqtisadi tərəqqisini təklif edir.

“Bu gün biz özümüzə bir daha xatırlatmalıyıq ki, bu, çox prinsipial, qətiyyətli seçkidir, referenduma bərabər seçkidir. 2012-ci il seçkilərinə bərabər seçkidir, burada ölkənin inkişaf istiqaməti bir daha müəyyən edilməlidir. Müharibə və sülh arasında referendumdur; əxlaqsız təbliğatla ənənəvi dəyərlər arasında referendumdur; ölkənin qaranlıq keçmişi ilə parlaq gələcəyi arasında referendumdur. Görürsünüz ki, bu seçkidə mahiyyətcə iki siyasi qüvvə iştirak edir. Bir tərəf bizə keçmişdə qoymalı olduğumuz şeyi təklif edir, biz isə seçicilərə ölkənin parlaq gələcəyini, əmin-amanlığı, ölkənin bütün istiqamətlərdə iqtisadi tərəqqisini, ölkəmizin inkişafını təklif edirik. Çox optimist proqnozumuz var. Biz vətəndaşlarımızdan 60%-ə qədər səs gözləyirik. Bu, ölkənin sabit və dinc inkişafının davam etdirilməsi üçün prinsipial əhəmiyyət kəsb edir”, - deyə İrakli Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →