—

Ağır yol qəzasında 4 nəfər həyatını itirdi

472
Ağır yol qəzasında  4 nəfər həyatını itirdi
Dinləmək üçün basın

Zalqada baş verən yol qəzası nəticəsində 4 piyada ölüb.

Zalqada baş verən yol qəzası nəticəsində 4 piyada ölüb.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, Zalqadan Koda kəndi istiqamətində hərəkətdə olan “Ford” markalı avtomobil yaxınlıqda dayanmış iki avtomobildən düşən 4 nəfərə çırpılıb.

“Cari il oktyabrın 24-də saat 02:00 radələrində Koda-Tsalka-Ninotsminda avtomobil yolunun 67-ci kilometrliyində 1979-cu il təvəllüdlü İ.G- nın idarə etdiyi Ford” markalı avtomobillə Tsalkadan Koda kəndi istiqamətinə hərəkət edərkən yaxınlıqda dayanmış iki avtomobildən düşən 4 nəfərə çırpılıb.

Toqquşma nəticəsində 3 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılır. Cinayətdə təqsirləndirilən İ.G. həbs edilib”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →