—

Yeddi nəfər xarici vətəndaş saxlanıldı

488
Yeddi nəfər xarici vətəndaş saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi və Sərhəd Polisinin əməkdaşları birgə keçirdikləri tədbir nəticəsində ümumilikdə 7 Nigeriya, İran, Misir və Qana vətəndaşını həbs ediblər.

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi və Sərhəd Polisinin əməkdaşları birgə keçirdikləri tədbir nəticəsində ümumilikdə 7 Nigeriya, İran, Misir və Qana vətəndaşını həbs ediblər.

InterPress.ge xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onların məlumatına görə, həbs edilən şəxslər qanuni əsas olmadan ölkədə olublar.

“Saxlanılan şəxslərin Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunu nəzərə alınmaqla qanuni əsas olmadan ölkə ərazisində olması müəyyən edilib. Onlar ölkədən könüllü getməyi nəzərdə tutan deportasiya qərarında müəyyən edilmiş müddətlərdən istifadə etməyib, nəticədə adıçəkilən şəxslərin saxlanılması barədə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən qərar qəbul edilib.

“Qərarın icrasını təmin etmək üçün hazırda həbs edilmiş şəxslər öz  ölkələrinə qaytarılmaları məqsədilə Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →