—

Marneulidə iki nəfər saxlanıldı - VİDEO

2,125
Marneulidə iki nəfər saxlanıldı - VİDEO
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Kvemo Kartli polis idarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər: 2001-ci il təvəllüdlü S.A. və 2006-cı il…

Daxili İşlər Nazirliyinin Kvemo Kartli polis idarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər: 2001-ci il təvəllüdlü S.A. və 2006-cı il təvəllüdlü İ.X bir qrup şəxsə külli miqdarda pul tələb etməkdə köməklik göstərməkdə şübhəli bilinərək saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 25-181, 236 və 187-ci maddələri ilə istintaq aparılır.

“Cari il oktyabrın 22-də Marneuli bələdiyyəsinin kəndlərindən birində yaşayan vətəndaşın hədə-qorxu ilə pul tələb etmək məqsədi ilə həyətyanı sahəsinə əl qumbarası atılıb.

İstintaq müəyyən edib ki, qeyd olunan faktdan əvvəl xaricdə yaşayan şəxslər zərərçəkmiş şəxslə əlaqə saxlayıb, onu ölümlə və əmlakını dağıdacaqları ilə hədələyərək  külli miqdarda pul tələb ediblər.

İş üzrə aparılan istintaqla müəyyən edilib ki, xaricdə yaşayan şəxslərə pul tələb etməkdə köməklik edən S.A. və İ.X. olub.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →