—

Partiyaların reytinqi necədir? - Edison Research araşdırması

539
Partiyaların reytinqi necədir? - Edison Research araşdırması
Dinləmək üçün basın

Formula TV-nin sifarişi və maliyyəsi ilə Amerikanın nüfuzlu “Edison Research” təşkilatı ictimai rəy sorğusu keçirib.

Formula TV-nin sifarişi və maliyyəsi ilə Amerikanın nüfuzlu “Edison Research” təşkilatı ictimai rəy sorğusu keçirib.

InterPress.ge xəbər verir ki, Edison Research-in ictimai rəy sorğusunun nəticələrinə görə, bu gün parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verəcəksiniz sualına, nəticələr bölgü, çəki metoduna görə aşağıdakı kimi paylanıb:

Gürcü arzusu - Demokratik Gürcüstan - 34%

Birlik: VMH, Ağmaşenebeli Strategiyası, Avropalı Gürcüstan - 18%

Dəyişiklik koalisiyası: Qvaramia, Melia, Qirçi, Droa - 14%

Qaxaria - Gürcüstan üçün - 11%

Güclü Gürcüstan: Lelo, Xalq üçün, Azadlıq Meydanı, Vətəndaşlar - 10%

Leyboristlər Partiyası - 5%

Qirçi (Iaqo Xviçia) - 4%

Vətənpərvərlər Alyansı/Alt Info - 3%

Digər partiyalar - 1%

Sorğunun nəticələrinə görə - “Seçiminizə nə dərəcədə əminsiniz” sualı üzrə nəticələr aşağıdakı kimi paylanıb: 77% seçimindən əmindir, 23% isə əmin olmadığını və seçimini dəyişə biləcəyini bildirib.

Sorğu işğal olunmuş ərazilər istisna olmaqla, Gürcüstanın bütün ərazisində 01.10-18.10 tarixləri arasında aparılıb.

Seçkilərdə iştirak etmək hüququ olan 1200 Gürcüstan vətəndaşı ilə üzbəüz tədqiqat üsulu ilə müsahibə aparılıb. Səhv marjası +/- 2.8%-dir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →