—

Mamuka Mdinaradze seçicilərə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib

367
Mamuka Mdinaradze seçicilərə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib
Dinləmək üçün basın

Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə seçkilərdə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib.

Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə seçkilərdə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib.

InterPress.ge xəbər verir ki, bu barədə Mamuka Mdinaradze sosial şəbəkədəki səhifəsində yazıb.

“Mən bütün vətəndaşlara, siyasi baxışlarından asılı olmayaraq, müraciət edirəm: nə baş verməsindən asılı olmayaraq, şəxsiyyət vəsiqələrinizi heç kimə verməyin. Həm iştirakınıza, həm də seçiminizə görə hər birinizi məsuliyyət daşımağa çağırıram!”, - deyə Mamuka Mdinaradze sosial şəbəkədəki səhifəsində yazıb.

Əvvəllər Mdinaradze bəzi müxalifət qüvvələrinin qarşıdakı seçkiləri nüfuzdan salmaq üçün konkret addımlar atmaq niyyətində olduqlarını, o cümlədən verifikasiya və səslərin sayılması aparatlarını zədələmək və saxta “karusel” imitasiyası etmək planlarının olduğunu bildirmişdi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →