—

“İstanbul bazarı”nda 4 nəfəri qətlə yetirən şəxsə ömürlük həbs cəzası verilib

456
“İstanbul bazarı”nda 4 nəfəri qətlə yetirən şəxsə ömürlük həbs cəzası verilib
Dinləmək üçün basın

2024-cü il fevralın 9-da Rustavidə “İstanbul bazarı” adlanan yerdə 4 nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib.

2024-cü il fevralın 9-da Rustavidə “İstanbul bazarı” adlanan yerdə 4 nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb. 

Rustavi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək müttəhimi Rustavidə 4 nəfərin qətlində təqsirli bilib.

Məhkəmə prosesində sübut edilib ki, 2024-cü il fevralın 9-da “İstanbul bazarı”nın ərazisində təqsirləndirilən şəxs qisas məqsədi ilə qardaşının adına rəsmiləşdirilən odlu silahdan bir neçə dəfə atəş açaraq 5 nəfərə həyati təhlükəsi olan xəsarətlər yetirib, nəticədə 4 nəfər zərərçəkmiş yerindəcə ölüb, 1 nəfər isə vaxtında göstərilən tibbi yardım nəticəsində xilas edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi fevralın 9-da saxlayıblar. Məhkəmə təqsirləndirilən şəxsi ittiham üzrə təqsirli bilib və cəzanın forması və tədbiri kimi ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →