—

Şarl Mişel: Moldova və Gürcüstanı Avropa yolunda həlledici məqam gözləyir

399
Şarl Mişel: Moldova və Gürcüstanı Avropa yolunda həlledici məqam gözləyir
Dinləmək üçün basın

Avropa Şurasının prezidenti Şarl Mişel Şuranın iclasına dəvət məktubunu paylaşıb.

InterPress.ge xəbər verir ki, görüş sabah, oktyabrın 17-də Brüsseldə keçiriləcək.

Şarl Mişelin sözlərinə görə, onlar digər məsələlərlə yanaşı, Gürcüstan və Moldova məsələsini də müzakirə edəcəklər.

"Avropa Şurası beynəlxalq münasibətlərimizə təsir edən bir sıra siyasi məsələləri, o cümlədən Moldova və Gürcüstandakı vəziyyəti müzakirə edəcək. Hər iki ölkə Avropa yolunda həlledici məqam qarşısındadır.

İttifaqın ümumi siyasi istiqamətlərini və prioritetlərini müəyyən etmək və beynəlxalq münasibətlərə dair kollektiv mövqeyimizi formalaşdırmaq Avropa Şurasının məsuliyyətidir. Əminəm ki, biz ümumi dəyərlərimizi və qaydalara əsaslanan beynəlxalq nizamı qoruyacağıq, Aİ-nin qlobal səhnəyə təsirini daha da gücləndirəcəyik”, - Şarl Mişel məktubunda bildirib.

Məktubda bildirilir ki, görüşün əsas mövzusu Ukrayna olacaq. Üzvlər Ukrayna prezidenti Vladimir Zelenskinin “qələbə planı”nı dinləyəcək və BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə əsaslanan sülh təşəbbüsü ətrafında konsensus yaratmaq üçün növbəti addımları hazırlayacaqlar. Görüşdə Yaxın Şərq problemi və miqrasiya da müzakirə olunacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →