—

Dimitri Peskov: Biz Gürcüstanın daxili işlərinə qarışmırıq

535
Dimitri Peskov: Biz Gürcüstanın daxili işlərinə qarışmırıq
Dinləmək üçün basın

Biz Gürcüstanın daxili işlərinə qarışmırıq

Biz Gürcüstanın daxili işlərinə qarışmırıq

InterPress.ge xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dimitri Peskov brifinqdə deyib.

“Seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Biz Qərb dövlətlərinin Gürcüstanın hazırkı hakimiyyətinə təzyiq göstərmək və seçki kampaniyasının gedişatına birbaşa təsir göstərmək cəhdlərini görürük. Biz Gürcüstanın daxili işlərinə qarışmırıq və bunu etmək niyyətində deyilik", - Peskov bildirib.

Kremlin mətbuat katibi qeyd edib ki, ikitərəfli münasibətlərdəki fəsadlar xalqlar arasında əlaqələrin inkişafına mane olmur.

“Gürcüstan bizim qonşumuzdur. Siz bizim ikitərəfli münasibətlərimizdəki bütün fəsadları bilirsiniz, bu, eyni zamanda, iki ölkənin cəmiyyətləri və xalqları arasında humanitar əlaqələrin inkişafına mane olmur. İnsanlar Gürcüstan və Rusiyaya səyahətlərini davam etdirirlər”, - Kremlin mətbuat katibi bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →