Oktyabrın 17-18-də Gürcüstanda yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Dənizdə 3-4 bal gücündə fırtına olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yaylb.
“Oktyabrın 17-18-də Gürcüstanda yağış, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, qərb istiqamətindən güclü küləyin əsəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir.
Gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq və yüksək dağlıq ərazilərdə sürüşmələrə səbəb ola bilər. Təhlükə səviyyəsi ortadır”, - məlumatda deyilir.
