Kobuletidə yol qəzası hamilə qadının ölümü ilə nəticələnib.
InterPress.ge xəbər verir ki, hadisə Xutsubani kəndində baş verib.
Qəza nəticəsində daha iki nəfər yaralanıb.
Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılıb.
