—

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

755
Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək
Dinləmək üçün basın

Gürcüstan Prezidenti Salome Zurabişvilinin impiçment yolu ilə vəzifədən kənarlaşdırılacağı təxmini tarix açıqlanıb.

Gürcüstan Prezidenti Salome Zurabişvilinin impiçment yolu ilə vəzifədən kənarlaşdırılacağı təxmini tarix açıqlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze danışıb.

"Salome Zurabişvilinin prezident postundan uzaqlaşdırılmasına cəmi iki cümə qalır. Noyabrın sonunda və ya dekabrın əvvəlində onun impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək. Zurabişvili prezident postunu standart qaydada deyil, konstitusiyanı pozan və xəyanətkar kimi tərk etməlidir", - Kobaxidze deyib.

Qeyd edək ki, Gürcüstanın hakim "Gürcü arzusu" partiyası prezidentin xarici ölkələrə razılaşdırılmamış səfərlərinə görə bu həftənin əvvəlində ona qarşı impiçment prosedurunu yenidən başlatmaq qərarına gəlib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →