Sameqrelodakı Tobavarçxil gölünün yaxınlığında çexiyalı səyahətçi axtarılır.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 143-cü (qanunsuz olaraq azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
Eyni zamanda, nazirlik əməliyyat-axtarış tədbirlərinin aktiv olduğunu bildirib.
