InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxs hadisədən bir neçə saat sonra saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 19-177-ci (oğurluğa cəhd) maddəsi ilə araşdırma aparılır.
Xatırladırıq ki, gecə saatlarında Abaşa şəhərinin mərkəzində “Kristal Bank”a hücum edən şəxs giriş qapısından banka daxil ola bilib. Mövcud məlumata görə, o, bankın inventarını, o cümlədən televizor və kompüterləri sındırıb.Svarka aləti ilə açmağa çalışdığı anbarı açmağa nail ola bilməyib.
