—

Vətəndaşlara hədə-qorxu gələn və pul tələb edən şəxsə ittiham irəli sürülüb

764
Vətəndaşlara hədə-qorxu gələn və pul tələb edən şəxsə ittiham irəli sürülüb
Dinləmək üçün basın

Gürcüstan Prokurorluğu hədə-qorxu ilə külli miqdarda pul tələb etməyə kömək edən və başqasının əmlakını məhv etməyə cəhd edən şəxsə ittiham irəli sürüb. Məlum olduğu kimi, cinayətkar zərərçəkmişlərdən onları öldürməklə…

Gürcüstan Prokurorluğu hədə-qorxu ilə külli miqdarda pul tələb etməyə kömək edən və başqasının əmlakını məhv etməyə cəhd edən şəxsə ittiham irəli sürüb. Məlum olduğu kimi, cinayətkar zərərçəkmişlərdən onları öldürməklə və əşyalarını məhv etməklə hədələyərək külli miqdarda pul tələb edib. 

InterPress.ge xəbər verir ki, bununla bağlı Prokurorluq məlumat yayıb.

Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş şəxs xaricdə olan şəxsə külli miqdarda pul qoparmağa kömək edərək zərərçəkmişlərdən pul tələb edib, rədd cavabı aldıqdan sonra əşyalarını məhv etməklə və ya onları öldürməklə hədələyib.

Rədd cavabı aldıqdan sonra o, zərərçəkmişlərdən birinin evinin həyətinə hədə-qorxu məzmunlu məktub və 3 ədəd patron atıb, digər zərərçəkənin isə həyətinə içərisində alışan maddə olan butulkanı atıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →