—

Bu gün Avropa Parlamentində Gürcüstan məsələsi müzakirə olunacaq

358
Bu gün Avropa Parlamentində Gürcüstan məsələsi müzakirə olunacaq
Dinləmək üçün basın

Bu gün Avropa Parlamentinin plenar iclasında Gürcüstanla bağlı məsələ müzakirə olunur.

Bu gün Avropa Parlamentinin plenar iclasında Gürcüstanla bağlı məsələ müzakirə olunur.

InterPress.ge xəbər verir ki, Gürcüstanla bağlı bəyanatı Avropa İttifaqının ali nümayəndəsi/Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrel verəcək.

Debatın mövzusu: “Gürcüstanda demokratik geriləmə və siyasi plüralizm təhlükəsi” olacaq.

Avropa Parlamentinin saytında yerləşdirilən məlumata görə, Avropa Parlamentinin deputatları Cozef Borellə birlikdə bu məsələ ilə bağlı cümə axşamına təyin edilmiş qətnaməyə səsvermədən əvvəl Gürcüstanda demokratiyanın pisləşməsini müzakirə edəcəklər.

“Ölkə oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə hazırlaşarkən hakim “Gürcü Arzusu” partiyasının getdikcə avtoritar siyasət yürütməsi, xüsusən də media azadlığı və LGBTQ+ hüquqları ilə bağlı narahatlıqlar artırılıb. Gürcüstana 2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu verilsə də, partiya demokratiya tərəfdarı etirazları yatırdığına və Qərb tərəfindən maliyyələşdirilən media və QHT-ləri “xarici agent” kimi qələmə verən qanunun tətbiqinə görə tənqidlərlə üzləşib. Əgər “Gürcü arzusu” qarşıdan gələn seçkilərdə əhəmiyyətli səs çoxluğu qazanarsa, Gürcüstanda çoxpartiyalı sistemin və siyasi plüralizmin daha da böyük təhlükə altında olacağı qorxusu var”, - Avropa Parlamentinin məlumatında deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →