—

Rati Breqadze: Xanım prezident qeyri-rəsmi idarəçi kimi formalaşıb

377
Rati Breqadze: Xanım prezident qeyri-rəsmi idarəçi kimi formalaşıb
Dinləmək üçün basın

“ Xanım prezident qeyri-rəsmi idarəçi kimi formalaşıb, antidemokratik və konstitusiyaya zidd üsullarla demokratik inkişaf vədi Avropa dəyərlərinə nə qədər yaxındır, özünüz mühakimə edin”.

“Xanım prezident qeyri-rəsmi idarəçi kimi formalaşıb, antidemokratik və konstitusiyaya zidd üsullarla demokratik inkişaf vədi Avropa dəyərlərinə nə qədər yaxındır, özünüz mühakimə edin”.

InterPress.ge xəbər verir ki, bu barədə sosial şəbəkədə ədliyyə naziri Rati Breqadze yazıb.

Breqadze Gürcüstan prezidenti Salome Zurabişvilinin baş nazir postuna öz namizədinin olduğu bəyanatına belə cavab verib.

“Gürcüstan Konstitusiyasına görə: 1. Gürcüstan prezidenti siyasi partiyanın üzvü ola bilməz; 2. Parlament seçkilərində ən yaxşı nəticə göstərən siyasi partiya Baş nazirliyə namizədi təqdim edəcək.

Müvafiq olaraq, əgər rəsmi olaraq nə baş nazirliyə namizədin seçilməsində, nə də təqdimatında iştirak edə bilmirsə və bu prosesdə qeyri-rəsmi iştirak edirsə, belə çıxır ki, xanım prezident qeyri-rəsmi idarəçi kimi formalaşıb.

Antidemokratik və konstitusiyaya zidd üsullarla demokratik inkişaf vədlərinin Avropa dəyərlərinə nə qədər yaxın olduğunu özünüz qiymətləndirin”.

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, koalisiya hökuməti qurulacağı təqdirdə onun artıq baş nazir postuna öz namizədi var.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →